Sağlamlıq

Xroniki xəstəliyi olan uşaqlar peyvənd oluna bilərlər?

Xroniki xəstəliyi olan uşaqlar peyvənd oluna bilərlər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xroniki xəstəliyi olan uşaqlar da peyvənd oluna bilərlər”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

Həkimin sözlərinə görə, peyvəndlənmədə iştirak edən uşaqların heç də hamısı sağlam deyil:

“Bu gün ürək-damar, böyrək, qan azlığı, xroniki və digər xəstəliyi olan uşaqların peyvənd olunub-olunmaması sual doğurur. Onların da vaksinasiyanı da təşkil edirik. Xroniki xəstəliyi olanlara peyvəndləmə planlama şəklində tətbiq olunur”.

Pediatr qeyd edib ki, peyvəndləmədən öncə uşaqlar müayinə edilməlidir:

“Valideynlər daha çox peyvəndin yan təsirlərindən qorxurlar. Valideynlərin təşvişləri olur. Düşünürlər ki, bir dəfə qızdırması olubsa, yenə ola bilər. Ona görə də müayinə olunmaları daha məqsədəuyğundur”.