Bu məhsulun 200-dən artıq növü vardır.
Bu növlərin hər biri insan orqanizminin sağlmlığı üçün çox xeyirlidir, belə ki , bir çox mikrolelemntlərin mənbəyi sayılır.
A vitamini(karotin) – meyvənin narıncı rəngdə olması buna sübütdür. Məhsulun rəngi nə qədər tünd olarsa, onda olan karotinin miqdarı bir o qədər çox sayılır. Təbii A vitamini dərinin və görmə qabiliyyətinin sağlam qalmasını təmin edir, bundan əlavə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Kaliy duzları. Bu mikroelementlər ürək-damar sisteminin iş fəaliyyəti üçün çox vacibli sayılır.
Maqniy. Zəhərli maddə və şlaklardan azad olunma üçün gedən prosselərdə köməkçi rol oynayır.
C və PP vitamini. İmmun sistemi gücləndirir, sinir sisteminə xoş təsir göstərir, stress, depressiya və yuxusuzluqla mübarizədə kömək edir.
Aşılayıcı maddələr.Bağırsaq pozuntusunu araqdan qaldırır, iltihaba meyilli dəri problemləri ilə də mübarizə aparır.
Bundan əlavə mütəxəssilərin rəyinə görə, xurma – həzmi yaxşılaşdırır və təzyiqi normallaşdırır, hipertoniyanın yaranmasının qarşısını alır və həmçinin aterosklerozun profilaktikası üçün çox xeyirli sayılır.
Kalori dəyərinə gəldikdə isə 100 qr məhsulda – 62 kalori vardır.
Xurma ürək üçün çox xeyirli olan bitki şəkəri ilə zəngindir. Məhz bitki şəkəri məhsulu bu qədər qidalı edirlər.Buna görə də həkimlər bu məhsulu şəkər xəstələrinə məsləhət görmürlər.
Follow @7timesaz