ABŞ-ın Florida ştatından olan Kori Conson yük maşını ilə Kosmik Qüvvələrin bazasına girmək istəyib.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezidentinin tapşırığı əsasında gəldiyini deyib.
Kori hərbçiləri inandırmağa çalışıb ki, prezident ona hərbçilərə əjdahalarla döyüşən yadplanetlilər haqqında məlumat verməyi tapşırıb.
Araşdırma zamanı məlum olub ki, o, idarə etdiyi maşını oğurlayıb və president tərəfindən belə bir tapşırıq verilməyib.Kori həbs edilərək Brevard qraflığının həbsxanasına aparılıb. O, avtomobil qaçırmaqda ittiham olunur və 3000 dollar ödəməlidir.
Sosial media istifadəçiləri Consonun bu hərəkətinə yumorla reaksiya veriblər və bu döyüşdə kimin qalib gəldiyini soruşublar: yadplanetlilər, yoxsa əjdahalar?
(lent.az)
Follow @7timesaz