Siyasət

“YAP üzvü kimi son olaylardan xəcalət çəkirəm”

“YAP üzvü kimi son olaylardan xəcalət çəkirəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Azerbaycan Partiyasının yaradıcılarından, 1999-cu ildən Siyasi Şuranın üzvü kimi son olaylardan xəcalət çəkirəm. Neçə vaxtdır yazıram ki, YAP-da islahatlar olmalıdır, çox təəssüflər olsun ki, bu baş vermədi”.

7times.az xəbər verir ki, bu fikriləri keçmiş deputat Musa Musayev özünün Facebook hesabında yazıb. O, bildirib ki, YAP-ın Siyasi Şurası təcili toplantı keçirib partiyanın üzvü olub həbs edilən icra hakimiyyəti başçılarına, onların müavinlərinə, rayon təşkilatının sədrlərinə, digər vəzifəli şəxslərə və eyni zamanda son olaylarda baş verən hadisələrə qiymət verilməli, cəza tədbirləri görülməlidir:

“Çünki bu utancgətirici və partiyamızın adına, nüfuzuna xələl gətirən hadisələrdə YAP-ın rəhbər orqanlarında – İdarə Heyətində, Siyasi Şurasında, Nəzarət Təftiş Komissyasında təmsil olunan şəxslər var. YAP-ın Nizamnaməsində və Proqramında göstərilir ki, partiyanın idarəedici orqanı Siyasi Şuradır, İcra katibliyi yalnız Partiyanın Mərkəzi aparatına rəhbərlik edir.

Eyni zamanda, YAP-ın Siyasi Şurası ildə iki dəfədən az olmayaraq toplantı keçirməlidir.  İcra katibliyi YAP-ın Nizamnamə və Proqramını pozaraq bütün məsələlərə müdaxilə edir və qanunazidd qərarlar qəbul edir. Bu qətiyyən düzgün olmayan, Partiyamızın Nizamnamə və Proqramına hörmətsizlik kimi qiymətləndirilməlidir.

Partiyamıza qara niyyətlə gələnlər, öz şəxsi mənafeyini Partiyamızın və Dövlətimizin menafeyinden üstün tutanlar, mənəm – mənəmlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar!

Ulu Öndərdən bizə yadigar qalan YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinayət və Xəyanət olan yerdə cəza tədbiri olmazsa, onda vətəndaşlarda Partiyamıza qarşı inamsızlıq ola bilər.

Yaxın günlərdə YAP-da bütün rəhbər qurumlarda islahatlar olmalıdır, buna ciddi ehtiyac var”.