Yaponiya hərbi xərcləri artıracaq

backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Müdafiə Nazirliyi büdcəsinin 2024-cü ildə cari kursla təxminən 7,7 trilyon yen (54,1 milyard dollar) artırılması tələbini təsdiq etməyə hazırdır. Bu rəqəm cari ilin eyni xərc maddəsi ilə müqayisədə təxminən 13,2 faiz çoxdur.

 

7Times.az  xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumət mənbələrinə istinadla məlumat yayıb.

 

Qeyd olunur ki, əks-hücum potensialının möhkəmləndirilməsi üzrə daha öncə qarşıya qoyulmuş məqsədlər çərçivəsində vəsaitin Yaponiya istehsalı olan uzaqmənzilli raketlərin alınmasına xərclənməsi planlaşdırılır. Bundan əlavə, büdcə Böyük Britaniya və İtaliya ilə birgə yeni nəsil qırıcıların işlənib hazırlanmasına xərcləri ehtiva edir.

Hökumət, həmçinin uçuş məsafəsi 3 min kilometr olan hipersəsli raketin işlənib hazırlanmasına pul ayıracaq. Bundan başqa, “PRO Aegis” sistemi ilə təchiz olunmuş iki gəminin inşası və uzaq adaların müdafiə potensialının möhkəmləndirilməsinə vəsaitin ayrılmasının təmin edilməsi planlaşdırılır.

 

Ötən il dekabrın 16-da Yaponiya hökuməti yeni milli təhlükəsizlik strategiyasını təsdiq edib. Xüsusilə, burada Yaponiyanın potensial düşmənin ərazisində hədəflərə əks-hücuma keçmək hüququ əks olunub. Eyni zamanda sənəddə qabaqlayıcı zərbələrin vurulmasının yolverilməzliyi vurğulanır.

 

Strategiyada, həmçinin 2027-ci ilə qədər hərbi xərclərin təxminən iki dəfə, yəni ÜDM-nin 2 faizinə qədər artırılacağı güman edilir. 2023-2027-ci illərdə beşillik plan çərçivəsində müdafiə ehtiyacları üçün 43,5 trilyon yen (306 milyard dollar) xərclənməsi ehtimal olunur. Cavab zərbəsi potensialının əldə edilməsi üçün Yaponiya hökuməti xidmətdə olan “Type-12” raketlərinin mənzilini artırmaq, ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketləri almaq və öz hipersəsli silahını işləyib hazırlamağı planlaşdırır.