Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
7Times.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram”.
Follow @7timesaz