Maraqlı

Yaponiyada bir salxım üzüm 10 min 800 dollara SATILDI

Yaponiyada bir salxım üzüm 10 min 800 dollara SATILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın İşikava prefekturasında xüsusi yetişdirilmiş “Ruby Roman” sort üzümünün salxımı hərracda 1,5 milyon yen, təxminən 10 min 800 dollara satılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hərracda yerli hotellər şəbəkəsini idarə edən şirkət məşhur üzüm salxımına sahib olmaq uğrunda mübarizədə qalib gəlib.

800 qram ağırlığında üzüm salxımını alan şirkət məhsulu qonaqlarına təqdim edəcəyini açıqlayıb.

ilk dəfə 2008-ci ildə satışa çıxarılan bu sort stolüstü tennis toplarından azacıq kiçik, qırmızımtıl, şirəli və çox şirin giləmeyvələri ilə fərqlənir.