Gündəm

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyada güclü zəlzələ baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şənbə günü Yaponiyanın şimalında 6,1 bal gücündə zəlzələ baş verib.

Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri ən şimaldakı Hokkaydo adasında, episentri isə 6 km dərinlikdə yerləşib.

Dağıntılar və tələfatlar, sunami təhlükəsi barədə məlumat verilməyib.

Yeraltı təkanlar Hokkaydonun bütün şimal prefekturasında, həmçinin Yaponiyanın əsas Honsü adasının şimal hissəsində hiss olunub.

Yaponiyanın baş naziri Fumio Kişidanın ofisinin nəzdində zəlzələ ilə bağlı məlumatların toplanması və təhlili üçün böhran qərargahı işə başlayıb. Bu bölgədə yerləşən Yaponiya atom elektrik stansiyalarında hər hansı fövqəladə vəziyyət barədə məlumat verilməyib.

7Times.az