Dünya

“Yaşayan Nostradamus”dan dəhşətli proqnoz – 2024-cü ildə işğal ediləcək ölkəni açıqladı

“Yaşayan Nostradamus”dan dəhşətli proqnoz – 2024-cü ildə işğal ediləcək ölkəni açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın işğalı, koronavirus pandemiyası və digər proqnozları düz çıxan braziliyalı Athos Saloma adlı kahin yeni iddiaları ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, “Yaşayan Nostradamus” ləqəbli şəxs yaxın 2-4 il ərzində ABŞ-ın güclü hücuma məruz qalacağını irəli sürüb. O iddia edib ki, ABŞ işğal təhlükəsi ilə üz-üzə qalacaq. “Göydən bir şey düşəcək. Heç bir şey qalmayacaq. Bu, müharibənin başladığına dair bir xəbərdarlıq olacaq. İki lider ABŞ-ı cəhənnəmə çevirmək üçün birləşəcək” – o deyib.

Qeyd edək ki, 36 yaşlı Athos Salome 3-cü dünya müharibəsinin çoxdan başladığını demişdi. O, Rusiyanın Ukraynaya hücum edəcəyini işğaldan 44 gün əvvəl bildirmişdi.