Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
7times.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon sakini Natiq Hüseynov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Follow @7timesaz