Yaxın dostla SEX – 5 səbəb, 5 film. Sexsi hislərsiz, bağlılıqsız sayanlar yəni, sexsi yalnız sex üçün yaşayanlar poliqam hesab olunurlar. Tanımadığınız insanın xarakterinə, ağlına bələd olmadığınız adamla sexlə məşğul olmaq bir çox hallarda yaddaqalan olmur. Və maraq kəsb etmir. Lakin, yaxın dostunuzla sexlə məşğul olmaq, bu yəqinki çox fərqli bir hisdir. Dost bir növ yaxın insan, bir növ ailə üzvü hesab edilə bilər.
Bir çoxlarının – qadınla kişi arasında əsl dostluq mümkün olmur – fikrinə əsaslanmaları yaxın bildiyi insanla sex yaşamaqda narahatlıq hiss etməməsinə əsas olur. Misal olaraq, onlar hansısa kafedə görüşə, söhbət edə, nəsə içə, sonra isə oğlanın evinə gedərək rahat şəkildə sexlə məşğul ola bilərlər. Bir neçə gündən sonra isə yenidən heçnə olmamış kimi görüşüb, kafedə oturub dərdləşə bilirlər.
Bəli, bu gün cəmiyyətin çox hissəsinin düşüncələrinə görə sex nigaha daxil olmaq üçün əsas deyil. Sex – əyləncə, idman, həzz, ehtiras, xoş hislər, maraqlı zaman keçirmək və s.-dən ibarətdir.
Ən yaxın dostunuzla sex bir-birinizi yaxşı tanımaq, istəklərini dəqiq anlamaq mənasında daha rahat olduğundan proses daha xoş və yadda qalan olur. Necə deyərlər, iki dost birlikdə həm dincəlirsiniz, həm də sağlamlığınızı möhkəmlədirsiniz.
Bəs, dostla sexsin əsas üstünlükləri nədən ibarətdir? Siz hər ikiniz bir-birinizin xoşuna gəlməyə çalışmırsınız. Necə varsınızsa, o cürdə davranırsınız. Hər halda bir-birinizi çox yaxşı tanıyırsınız, niyə başqa cildə girəsinizki?
Bu günki məqaləmizdə bu mövzuda aparılmış rəy sorğusunun nəticələrini açıqlamaq istərdik. ABŞ-da 2 817 müxtəlif cinsə sahib insalar arasında keçirilən anonim sorğu nəticəsində ən çox qəbul olunan “dostla sexsin 5 üstünlüyü” mövzusundakı səbəblərə diqqət yetirin. Hər iki cinsin nümayəndələrinin iştirak etdiyi sorğunun nəticələrinə əlavəniz varsa, sizdə öz fikirlərinizi yaza bilərsiniz.
#Bu çox rahatdır və axtarışa zaman itirmək ehtiyacı yoxdur.
Bu cür yanaşma ən uyğun variantdır. Məndə təkəm, rəfiqəmdə (dostumda). Bir neçə il əvvəl münasibətdə (sevgili kimi) olsaqda, o mənim istəklərimi bilir. Mən də onun. Onunla sex xoş gəlir. Yanında özümü olduqca rahat hiss edirəm.
#Bu yaxşı tanıdığın və unutmadığın biri ilə sevişməkdir.
Adətən ilk sex məhs dostlar arasında baş verə bilir. Qadınlar, ilk dəfədən çəkindiklərinə görə özlərini yaxşı tanıdıqları, özləri kimi güvənə bildikləri insanla yatağı bölüşmək istəyirlər. Ən azında ilk sex zamanı nəyi bəyənib-bəyənməyəcəyini bilmək üçün sınaqdan keçirməlisən. Dostla isə bu varinatları yoxlamaq daha rahatdır.
#İdeal münasibətlərdir – mübahisə və öhdəlik olmadan sex.
Münasibətdə olmaq hər zaman qəliz məsələdir. Bir çox hallarda tam sənə uyğun olmayan insanla sevgili olursan. Bu səbəbdən də, münasibətlərdən uzaq qaçmağa çalışıram. Bir müddət sonra dostumla birlikdə olduq və hər ikimiz razı ayrıldıq. Öhdəliksiz, heç bir məcburiyyət olmadan.
#Dostla sex sənin busy-iş qrafikinlə uyğun gəlir.
Bir çoxları üçün özlərinə koryera qurduqları zaman kənarda tanışlıq və münasibət yaşamaq ağır olur. Bu kimi şeylər üçün sadəcə vaxt olmur. Lakin, sex istəyin və həvəsin yerində qalır. Bir çox hallarda iş yoldaşı ilə yaxınlıq, dostluq halları yarana bilir ki, nəticədə hər ikiniz eyni vəziyyətdə olduğunuzu anlayırsınız. Zamanla yaxınlıq quraraq həvəsinizin birlikdə təmin etməyin yolunu kəşf edirsiniz.
#Onun məhs axtardığın insan olduğunu anlamağa yardım edir.
Bəzən bir insanla uzun müddətli dostluq zamanı onu tam tanıdığını düşünürsən. Lakin, elə alınır ki, bir müddətlik uzaq qalmağa, gec-gec görüşməyə məcbur olursan. Nəticədə özün belə hiss etmədən darıxırsan və o sənə daha əziz olur. Sonra isə nə dərəcədə darıxmağını, onun necə dəyərli olmağını bir daha yoxlamaq və bundan əmin olmaq üçün yatağa daxil olursan. Bir çox hallarda axtardığın insanın məhs o olduğunu dərk edirsən.
Mövzuya daha çox qoşulmaq və yarana biləcək vəziyyətin səviyyəsini tam hiss etmək üçün sizə “dostla sex” barəsində TOP 5 filmin siyahısını təqdim etmək istərdik.
#Sadəcə dostlar
Rayn Reynoldun gənc yaşlarında eydiyi super uğurlu işi. Onun qəhrəmanı uzun illərdən sonra doğma şəhərinə qayırdır. İndi o yaşca daha böyük, uğurlu və qabaqcıldır. Sonra isə ilk uşaqlıq məhəbbətini və ən yaxşı dostu ilə rastlaşır.
#Dostluğa görə sex
Reytinqimiz bu filimsiz formalaşa bilməzdi. Filmin qəhəramları sexsin sadəcə sex olduğunu bir daha sübut edirlər. İlk baxışdan əksini hiss etsənizdə, sonluq bu cür yekunlaşmır.
#Cürətin çatarsa vurul mənə
Sevgi qəddar ola bilər. Əsasəndə əgər bu hiss təkəbbürlü gənclərin, dostların arasında baş verərsə. Onlar hislərini bildirmək üçün çox qürurludurlar. Ehtiras, intriqalar, gözlənilməz final – hamsı bir arada.
#Sevgi ilə Rozi
Dramatik hekayədir. Filimdə söhbət ərsiz qadından və illər sonra yaraşıqlı Lili Kollinz və Sem Klaflikin arasında baş verən sevgi hekayəsindən gedir. Bu filimdə sexsə rast gəlməyəcəksiniz. Ancaq, daha dərin məsələlərlə üzləşəcəksiniz. Ömür boyu, özündə bilmədən başqa insanı necə sevə bilərsən?
#Qarri Salliyə rast gələndə
Ən səmimi və sadiq dostluğun belə bir gün ehtirasa və şəhvətə yol aça biləcəyi ilə bağlı klassik ekran işi. Filimdə Qarri friendzonadan uğurla çıxmağı bacarır.
(topmister)
Follow @7timesaz