Yay fəsli ilə əlaqədar olaraq travmatoloji xəstəliklərin sayında artım yaranıb. Bu barədə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan məlumat verilib.
Xəzər TV xəbər verir ki, bildirilib ki, gün ərzində 140-160 müraciət daxil olur. Onların 35-40 faizi uşaq travmalarının payına düşür. Travmatoloq-ortoped Eldar Əsədli bildirir ki, xüsusilə uşaqlarda belə travmaların yay aylarına daha çox təsadüf etməsi əsasən skuter və velosipeddən istifadə etmələridir. Ona görə də valideynlər bu məsələlərdə diqqətli olmalıdırlar.