Aktual

Yayılmış virus uşaqlarda fəsadlar verə bilər – Tanınmış həkimdən tövsiyə

Yayılmış virus uşaqlarda fəsadlar verə bilər – Tanınmış həkimdən tövsiyəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda son bir aydır uşaqlar arasında kəskin virus infeksiyası yayılması barədə açıqlama veriıdi. Bir çox həkimlər bu virusun İnfluenza qrip virusu olduğunu bildirir.
Azərbaycanın tanınmış pediatr həkimi, Səhiyyə Nazirliyi eksperti Nəsib Quliyev medicina.az-a açıqlamasında ölkədə hər il yüzlərlə virusun dövr etdiyini bildirib. Bəs son yayılmış virusun təhlükəli tərəfi nədir?
“Payız qış mövsümündə illərdir rast gəlinən kəskin respirator virus infeksiyalarına – qrip virusları, paraqrip, adeno, rotaviruslar aiddir, bunlar yüzlərlədir.
Bəziləri indi uşaqlar arasında yayılan xəstəliyi kovidlə səhv salırlar, bu kovid deyil.
Uşağın konkret olaraq kəskin respirator virusun hansı növünə yoluxduğunu identifikasiya etmək üçün virusoloji tədqiqat aparılmalı, mikroskopiya altında baxılmalıdır. Bunun üçün müvafiq müayinə və testlər lazımdır. Təbii ki, hər bir uşaqda diaqnozu aşkar etmək asan deyil.
Amma klinik olaraq yüksək hərarət, quru öskürək, az hallarda mədə-bağırsaq problemləri bu viruslardan hər birinə, eləcə də İnfluenzaya xas ola bilər.
İlk günlər uşaqda baş ağrısı, qızdırma, qarın ağrısı ilə başlaya bilər. Ondan sonra öskürək qoşulur.
Adətən qızdırma 2-3 günə keçib gedir. Amma quru öskürək bir müddət davam edir.
Ciddi öldürücü təsiri olmur, amma virus infeksiyalarında az da olsa fəsadlar olur. Bu bütün virus infeksiyalarında rast gəlinir.
Fəsad qalmasın deyə, erkən mərhələdə həkimə müraciət edib, düzgün müalicə yolu seçilməlidir.
Məsələn, boğaz ağrısı ilə başlayır, sonra keçib gedə bilər, amma fəsadı kimi yerli angina inkişaf edə bilər. Ona vaxtında dərman speryləri, qarqara etməyəndə yerli fəsadı qalır.
Burunətrafı cibləri də yumayanda sinusit, haymorit yaranır. Bədəndə iltihab ocaqları fəsadlardır.
Bunlar olmasın deyə, ağıllı həkimin məsləhəti ilə hərəkət etməlidir.
Uşağın kovid olub-olmamasını da həkim təyin edə bilər. Bu zaman yaxma götürülür. Allah etsin, Omikron bizə gəlib çatmasın, o dünyada uşaqlar arasında da yayılır”.