Ölkə

Yeddi ayda Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

Yeddi ayda Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 2292 ədəd minik avtomobili, 190 ədəd isə yük avtomobili istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 9.2%, yük avtomobili istehsalı isə 34.5% azalıb.

Qeyd edək ki, cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 47 ədəd minik, 37 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 309 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.