Cəmiyyət

Yenə darıxdım

Yenə darıxdımbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzaqdan…
Uzaqdan baxıb keçənlər,
Bir addım yaxına kim gələ bilər?
Lap uşaq olanda dediyim kimi:
“Gözümü yumuram, axarın məni,
Harda gizlənmişəm, kim bilə bilər?”

Ucadan…
Ən qalın səslə susuram.
İçimdə bir yığın
Kəslə susuram.
Dilimə,dişimə dəyən sözləri
Demirəm,
Lap elə qəsdlə susuram.

Diksindim içimdə ayaq səsindən,
Çıxardım könlümü hədəqəsindən.
Nəyimə lazımdı pay umdum, axı
Onun ürəyinin sədəqəsindən?

Yığdım,
Ağlımı da başıma yığdım.
Yıxdım,
Ürəyimi qarşıma yıxdım.
Nə ki vardanladım sevməsin deyə.
Sonra…
Sonra nə olsun ki?
Yenə darıxdım.

Xəyalə Sevil