Ötən gün prezident İlham Əliyev Sərəncamı ilə Qubaya icra başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu gün kollektivə təqdim edilib.
7Times.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.
Follow @7timesaz