Ölkə

“Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq” – NATİQ CƏFƏRLİ

“Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq” – NATİQ CƏFƏRLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir, amma belə qadağalar, məhdudiyyətlər çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt vermir”

İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutan qanun dəyişikliyini imzalayıb. Cinayət Məcəlləsinə də edilən yeni dəyişikliklərə əsasən isə 50 min manatdan yuxarı qanunsuz pul köçürmələrə görə həbs də nəzərdə tutulur və bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir. Amma və lakin belə qadağalar, məhdudiyyətlər çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt vermir”.

Bunu 7Times.az-a Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, bu cür qadağalar yalnız 2 faktiki nəticə doğurur: “Birincisi, sənəddə qanunsuz, qeyri-qanuni pul köçürmələr nə deməkdir – bunun aydın izahı və təsnifatı yoxdur. Deməli, nəzarətedici orqanlara bu, əlavə fürsət verir ki, sadə vətəndaşları, iş adamlarını incitsinlər, yəni, bu tam tərsi, korrupsiyaya yol açacaq. İkincisi, bu addımın nəticəsi olaraq “cibdən-cibə”, “əldən-ələ” pul çökürmələri artıracaq. Heç kimə sirr deyil ki, ölkədə müəyyən sistem, şəbəkə qurulub ki, onlar vasitəsi ilə müəyyən faiz müqabilində Azərbaycandan dünyanın istənilən ölkəsinə istəlilən məbləğdə vəsaiti ötürmək mümkündür. Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq. Bizim hökumət hələ də sovet düşüncəsi, o yanaşmanın inersiyası ilə davranır. SSRİ zamanı ən sərt qanunlar, cəzalar belə, nə “alverçiliyin” (əslində alverçilər əsl biznesmenlər idi), nə də qara valyuta bazarının qarşısını ala bildilər. Çünki dünya iki anlayışın – pulun və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil. Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır, bizim sistem isə buna qadir deyil”.