Cəmiyyət

Yeni Qızılca kəndində su problemi yaşanır – Sakinlər ümidlərini yağış suyuna bağlayıblar – VİDEO

Yeni Qızılca kəndində su problemi yaşanır – Sakinlər ümidlərini yağış suyuna bağlayıblar – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygölün Yeni Qızılca kəndinin böyük bir hissəsi su problemindən əziyyət çəkir. Kəndin içindən keçən magistral yolun bir hissəsində 7 subartezian quyusu olsa da digər hissədə heç bir su təminatı yoxdur. Kənd sakinləri əlacsızlıqdan ümidlərini yağış yağmasına bağlayıb ki, təbiətin suyundan istifadə etsinlər.

7times.az Xəzər TV-yə istinadən xəbər verir ki, kəndin yarısında su var, yarısında isə yoxdur. Suyun olmaması həm məişət, həm də təsərrüfat üçün çətinlik yaradır.

Sakinlər su olmadığı üçün yağış suyunu evlərin damından çənlərə doldurub istifadə edirlər. Kənddə su problemi o qədər acınacaqlıdır ki, hətta su satan maşının sürücüsü belə vəziyyətdən narazıdır.

Yeni Qızılca kənd icra nümayəndəsi isə deyir ki, məsələ ilə bağlı 250 nəfərdən artıq sakinin adından dəfələrlə “Azərsu” ASC-yə müraciət edilib.

“Azərsu” ASC- nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Xəzər Xəbər”ə bildirib ki, həmin ərazi onların xidmət sahəsində deyil. Orada infrastruktur olmadığına görə xidmət də mövcud deyil.

Qeyd edək ki, kəndin sözügedən hissəsində subartezian quyularının qazılması üçün münbit su ehtiyatı olmadığından yeganə ümid magistral su xəttindən kəndin su ilə təmin edilməsinə qalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az