Bakıda Yasamal rayonu ərazisində yerləşən “Sovetski” kimi tanınan məhəllədəki uşaqlar ibrətamiz addım atıblar.
7times.az baku.ws-ə istinadən xəbər verir ki, uşaqlar öz təşəbbüsləri və pulları ilə şəhid generalımız Polad Həşimova sevgilərini ifadə etmək məqsədilə onun şəklini böyüdərək divara asıblar.
Şəhid generalımıza sevgini təcəssüm etdirən şəklin hazırlamasında azyaşlıların pulları çatmasa da, onlara bu işdə yaxınlıqdakı mağaza sahibi dəstək olub.
Qeyd edək ki, Çingiz Mustafayev küçəsi ilə Zərgərpalan döngəsinin kəsişməsində şəhid Polad Həşimovun asılmış şəkli Sovetski gənclərinə ibrət xarakteri daşıyacaq.