Sosial

Yergüc kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLAR

Yergüc kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Yergüc kəndində səyyar qəbul keçirib.
Qəbulda Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yergüc, Sərkərli, Armudpadar, Padar, Üçgünqışlaq və Üryanoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri, yeni məktəb binasının inşası və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.