Mərhum şair Yetim Eyvazın oğlu Aqşin Qurbanov intihar etməsi barədə yayılan məlumatı təkzib edib.
7times.az xəbər verir ki, A.Qurbanov Azxəbər.com-a açıqlamasında sağ-salamat olduğunu bildirib.
O, İnstaqram səhifələrində böhtan yazıldığını deyib və onlara inanmamağa çağırıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Yetim Eyvazın oğlu Aqşin Qurbanovun özünü yaşadığı evin 3-cü mərtəbəsindən ataraq həyatına son qoyduğu bildirilmişdi.
Follow @7timesaz