Cəmiyyət

Yetkinlik yaşına çatmayanlara energetik içki satanlar məsuliyyət daşıyacaq

Bununla bağlı qərarda dəyişiklik olunub.

Yetkinlik yaşına çatmayanlara energetik içki satanlar məsuliyyət daşıyacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə dəyişiklik edilərək etil (yeyinti) spirti və alkoqollu içkilərlə yanaşı energetik içkilərin də yetkinlik yaşına çatmayanlara satılmasına görə inzibati məsuliyyət müəyyən olunub.

7times.az xəbər verir ki, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarında dəyişiklik edilib:

3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.

“Reklam haqqında” Qanunun 12.1-ci maddəsinə müddəa əlavə edilirək energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsinin qadağan müyyən edilib.

Qeyd edilənləri nəzərə alaraq və “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 2 mart tarixli 100 nömrəlinömrəli qərarında dəyişiklik edilib:

2.9. Uşaq verilişlərində alkoqollu və energetik içkilərin və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.