“Azərbaycanda 31 maydan etibarən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilsə də, bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil”.
7times.az-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev hərəkət iştirakçılarına müraciətindən bildirib.
N.Piriyev qeyd edib ki, bu, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq anlamına gəlmir:
“Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir.
Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir”.
Onun sözlərinə görə, qaydalara riayət edilmədiyi təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq ediləcək.
Follow @7timesaz