Cəmiyyət

Yoluxma sayı 2000-i ötdü, 34 nəfər öldü

Yoluxma sayı 2000-i ötdü, 34 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 303858 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 267485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib, aktiv xəstə sayı 32170 nəfərdir.

Ölkədə son sutka ərzində 13777, hazırkı dövrədək isə 3128656 test aparılıb.