Ölkə

Yoluxmada artım tempinə görə Xaçmaz rayon rəhbərliyi hərəkətə keçdi – FOTO

Yoluxmada artım tempinə görə Xaçmaz rayon rəhbərliyi hərəkətə keçdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz icra hakimiyyəti rayonda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün silsilə tədbirlər keçirir.

7times.az-ın məlumatına görə, icra başçısı Elnur Rzayev yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, təşkilat, ticarət və istehsalat müəsssisələrinin rəhbərlərilə video müşavirə keçirib.

Əvvəlcə Elnur Rzayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qələbəsi münasibətilə iştirakçıları təbrik edib. Tarixi qələbəni qazandıran şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yaralılara şəfa arzu edilib.

Sonra qeyd edilib ki, son dövrlərdə Xaçmaz rayonunda koronavirusa yoluxmada artım tempi qeyd olunur və bu, çox narahatedici məqamdır. Bildirilib ki, Xaçmaz İH başçısının sərəncamı ilə yaradılmış mobil nəzarət qruplarının fəaliyyəti daha da güclənməlidir. Mobil qruplar tərəfindən təhlükə mənbəyi olan Covid- 19 infeksiyasına yoluxmuş və evdə müalicə alan xəstələrdən yaşayış yerini tərk etməmək barədə müvafiq iltizamın alınması təmin edilməlidir.

Xaçmaz İH başçısı virusun qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin təşkilində və yoluxmanın minimuma endirilməsində aidiyyəti qurumların cavabdeh olduqlarını deyib. Bildirib ki, bütün mobil qrupların fəaliyyətinə ciddi nəzarət ediləcək.

Bu gün isə Xaçmazda rayon rəhbərliyi fəaliyyətinə icazə verilən obyektlərdə qaydalara icra vəziyyətini yerində yoxlayıb. Xaçmaz İH Başçısı Elnur Rzayev hüquq-mühafizə orqanlarının rəhbərlərilə birgə şəhər ərazisində reydlər keçirib. Obyektlərə baxış zamanı və şəhər ərazisində ticarət müəssisələrinin rəhbərlərunə və əhaliyə mövcud qaydalara ciddi əməl edilməsi tövsiyyə edilib, qoruyucu maskadan istifadə və sosial məsafənin qorunması bir daha diqqətə çatdırılıb.