Maraqlı

“Youtube”da bu il üçün nəzərdə tutulan YENİLİKLƏR

“Youtube”da bu il üçün nəzərdə tutulan YENİLİKLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Youtube” servisinin məhsullar üzrə direktoru Neal Mohan 2022-ci ildə videoservisə əlavə ediləcək yeniliklərdən danışıb.

Lent.az “technote”a istinadən xəbər verir ki, N.Mohan videoservisin funksionallığını genişləndirəcək imkanlar və istifadəçilər ilə kontent yaradıcıları üçün inteqrasiya ediləcək əlavə alətlər barəsində məlumat verib.

“Youtube Shorts”dakı videoların ümumi baxış sayı 5 trilyonu keçib. Bu il “Youtube” tərtibatçıları kontent yaradılması prosesini sadələşdirməyi planlaşdırırlar.

Bundan əlavə olaraq videoservis bir qədər təkmilləşdiriləcək. Belə ki, “Youtube” istifadəçinin şərhlərinə video vasitəsilə cavab vermək imkanının əlavə ediləcəyi gözlənilir.