Aktual

Yoxa çıxan milyarder bankirdən xəbər var – FOTO

Yoxa çıxan milyarder bankirdən xəbər var – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “China Renaissance” investisiya bankının günlərdir itkin olan baş direktoru və qurucusu Bao Fandan xəbər var.

7Times.az xəbər verir ki, bank 10 gün əvvəl itkin düşdüyünü elan etdiyi Bao Fan haqqında yeni yazılı açıqlama yayıb.

Bankdan Honq-Konq birjasına verilən açıqlamada Bao Fanın “aparılan istintaqla bağlı Çin səlahiyyətliləri ilə əməkdaşlıq etməklə məşğul olduğu” bildirilib.Lakin istintaqın nə ilə bağlı aparıldığı barədə məlumat verilməyib.

Çin mediası isə hökumətin Baonu sözügedən bankın keçmiş icraçı direktoru ilə bağlı aparılan istintaqa kömək etmək üçün çağırdığını iddia edib.

Xatırladaq ki, “China Renaissance” fevralın 16-da Bao ilə əlaqə saxlamağın mümkün olmadığını açıqlayıb. Açıqlamadan sonra şirkətin səhmləri ucuzlaşsa da, bazar ertəsi yenidən bahalaşıb.

Bu Çində ilk belə hadisə deyil. Daha öncə də, 2020-ci ilin sonlarına doğru Çinin maliyyə tənzimləmə sistemini tənqid edən, “Alibaba”nın qurucusu Cek Manın itdiyinə dair şübhələr yaranmışdı. Buna səbəb isə onun 3 ay ictimaiyyət qarşısına çıxmaması olmuşdu./sfera.az