ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hanter ilə bağlı sənədləri açıqlamağa çağırıb.
“Deutsche Welle” yazır ki, “Real America’s Voice” telekanalında yayımlanan müsahibədə Tramp Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturinanın Hanter Baydenə 3,5 milyon dollar ödədiyini iddia edib.
“Məncə, Putinin cavabı var. Hesab edirəm ki, o verilməlidir”, – ABŞ-ın keçmiş prezidenti deyib.
Alman nəşri qeyd edir ki, Donald Tramp uzun müddətdir ki, Hanter Baydenin Baturinadan pul aldığını iddia edir. Lakin Ağ evin keçmiş sahibi heç bir sübut təqdim etməyib. Bayden isə Lujkovun həyat yoldaşından pul aldığını inkar edir.
virtualaz.org
Follow @7timesaz