Maraqlı

Yuxuda arıqlamaq istəyirsinizsə, bunları edin. 4 üsul

Yuxuda arıqlamaq istəyirsinizsə, bunları edin. 4 üsulbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxu zamanı arıqlamaq mümkündür.

Bunun üçün orqanizmdə gedən metabolik prosesləri sürətləndirmək lazımdır, ki piylər daha tez parçalansın. Saglamolun.az xarici KİV-lərinə istinadla sizə yuxuda arıqlamağın üsullarını təqdim edir.

Birinci üsul: yatmazdan qabaq zülal qəbul edin.

Zülal orqanizmdə piyə çevrilmir və onun parçalanması üçün orqanizm çoxlu enerji sərf edir. Yuxudan qabaq az miqdarda zülalın qəbulu gecə saatlarında piylərin parçalanması proseslərini sürətləndirir.

Bu məqsədlə ekspertlər yatmazdan yarım saat – 1 saat əvvəl proteinli kokteyl içməyi tövsiyə edirlər.

İkinci üsul: tam qaranlıqda yatın.  

Tam qaranlıqda yatmaq orqanizmin bioritmlərini sabitləşdirir ki, bu da arıqlamağa yardım edir.

Üçüncü üsul: sərin otaqda yatın.

Sərin otaqda yatan insanın orqanizmində piylərin parçalanması prosesi sürətlənir.

Dördüncü üsul: yuxu rejiminə riayət edin.

Briqam Yanq Universitetinin alimləri eksperiment zamanı aşkar ediblər ki, hər gün eyni saatda yuxuya gedən və yuxudan ayılan qadınlar daha tez arıqlayır.

Həmçinin yuxu rejiminə riayət etmək ürəyin sağlamlığı üçün də çox faydalıdır.