Ölkə

Zakir Həsənov Prezidentin xəbərdarlığı ilə bağlı göstərişlər verdi

Zakir Həsənov Prezidentin xəbərdarlığı ilə bağlı göstərişlər verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib.

7Times.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə mərhum dövlət başçısı Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri mayın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı şəhərə köçmüş ilk sakinlərlə görüşündəki çıxışından irəli gələn tapşırıqları toplantı iştirakçılarına çatdırıb.

Ali Baş Komandanın çıxışının Azərbaycan Ordusunda bütün şəxsi heyətə çatdırılmasının əhəmiyyətini qeyd edən nazir bununla bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.