“On il bundan əvvəl 50 min manata toy aparmağı təklif etdilər. Dedim, adam bu pulu verirsə, niyə getməyək”.
7times.az xəbər verir ki, bu sözləri aparıcılar Zaur və Günay Baxşəliyevlər öz verilişlərində illər əvvəl getdikləri toydan danışarkən qeyd ediblər.
Onların sözlərinə görə, toy aparmasalar da, illər öncə bir məclisdə yüksək qiymət müqabilində çıxış ediblər:
“Biz toy aparmırıq. Bu o demək deyil ki, pis baxırıq. Yox, sadəcə buna vaxtımız yoxdur. Bir dəfə çox tanınan ailənin toy məclisini apardıq. Elə bir məqam idi ki, razılaşmalı olduq. Mən elə bir məbləğ dedim ki, eşitsə, deyəcək ki, lazım deyilsən. Amma elə olmadı. Deyən kimi, qayıtdı ki, behi nə vaxt verək? On il bundan əvvəl 50 min manat demişdim. Dedim, adam bu pulu verirsə, niyə getməyək”.