Dünya

Zaxarovadan Vaşinqton görüşünə REAKSİYA

Zaxarovadan Vaşinqton görüşünə REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Buna görə həmin danışıqlarda baş verən proseslər barədə birbaşa iştirakçılardan maraqlanmaq lazımdır”.

 

7Times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində məlumat verib.

 

O qeyd edib ki, rəsmi Moskva danışıqların başa çatmasından sonra proses barədə öz şərhini verəcək.

 

“Azərbaycan və Ermənistan XİN başçılarının Rusiyada görüşünün keçirilməsi məsələsinə gəlincə, biz bu barədə artıq danışmışıq. İrəvan və Bakı görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat veriləcək”, – Zaxarova deyib.