Aktual

Zelenski: “Əs-salamun aleykum! Bu, sülh deməkdir, amma ölkəmdə bu, mövcud deyil”

Zelenski: “Əs-salamun aleykum! Bu, sülh deməkdir, amma ölkəmdə bu, mövcud deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski gözlənilmədən Dohada keçirilən 20-ci Qətər Forumunda videomüraciətlə çıxış edib.

Bizimyol.info xəbər verir ki, o, Donetsk vilayətindəki Mariupol şəhərinin xarabalıqlarını Suriya və Rusiya ordusunun dağıtdığı Hələb şəhəri ilə müqayisə edib. Ukrayna lideri müraciətində BMT və dünya dövlətlərini köməyə çağırıb.

“Əs-salamun aleykum! Bu, sizin üçün sülh deməkdir. Sülh yer üzündəki bütün insanları birləşdirən əsas dəyərdir. Mənim ölkəmdə isə bu, mövcud deyil. Ona görə ki, Rusiya rəhbərliyi ölkəni ələ keçirib. Köhnə imperiya günlərində olduğu kimi onlar gəlib başqasının əmlakını zorakılıqla ələ keçirirlər”,- deyə Zelenski forum iştirakçılarına müraciət edib.

O, xatırladıb ki, Rusiya Ukrayna limanlarını dağıdır. O, həmçinin vurğulayıb ki, bu gün Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. “Rusiya qəsdən öyünür ki, nüvə silahı ilə təkcə müəyyən bir ölkəni deyil, bütün planeti məhv edə bilər”,- deyə o xatırladıb.

O, həmçinin vurğulayıb ki, Avropanın gələcəyi digər məsələlərlə yanaşı, Ukraynanın tərəfdaşlarının səylərindən asılıdır. Prezident iştirakçı ölkələri enerji ixracını artırmağa çağırıb və qeyd edib ki, Qətər hazırda təbii qaz ixracatında dünya lideri olduğu üçün xüsusilə önəmlidir. Qeyd edək ki, Qətər qaz ixracını artırarsa, Avropanın Rusiyadan qaz asılılığı azalar və Rusiyanın ən böyük gəlir mənbəyi ağır zərbə alar.

Dohada forum iştirakçıları qarşısında çıxış edən Ukrayna lideri qeyd edib ki, onun ölkəsində müsəlmanlar qarşıdan gələn müqəddəs Ramazan ayında da döyüşməli olacaqlar. O, bu müqəddəs ayı Ukraynada insanların yoxsulluq içində keçirməsini önləmək üçün ölkəsinə dəstək olmağa çağırıb.

“Baxın, lütfən, Rusiya ordusunun hər gün məhv etdiyi Ukrayna şəhərlərinə, bizim Mariupolumuza. Bu, Hələbdə hamımızın gördüklərimizdir – xarabalıqlar və insanların məhvi. Rusiyanın blokadada saxladığı bu şəhərdə 4 minə yaxın müsəlman yaşayır. Onlardan 80 nəfəri 3 həftədir ki, Mariupol məscidinə sığınıblar. Şəhərə gedən bütün yollar bağlıdır, Rusiya qoşunları hətta humanitar yardım, ərzaq, su, dərman da buraxmırlar. Gecə-gündüz şəhər bombalanır və atəşə tutulur. Mariupoldakı bütün binaların 90 faizi dağıdılıb. Minlərlə insan həlak olub… Amma Rusiya buna görə heç bir cəza almayıb”- deyə Zelenski xatırladıb.