Uşaq xəstəxanası. Doğum evi. Nədir, onlar Rusiya Federasiyasına təhlükə törədirdi? Rusiya Federasiyası…bu nə ölkədir belə, xəstəxanalar və doğum evlərindən qorxaraq onları məhv edir?
7Times.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəsinin 14 günü ilə bağlı videomüraciət yayıb
Videomüraciət Facebook səhifəsində yerləşdirilib.
Zelenski Mariupola endirilən aviazərbədən və nəticədə uşaq xəstəxanası və doğum evinin dağıdılması, 17 nəfərin yaralanmasından danışıb.
Rusiya dəfələrlə Ukrayna şəhərlərinə, o cümlədən martın 9- da Mariupola 500 kiloqramlıq aviasiya bombası atıb, prezident deyib.
O, qeyd edib ki, hələlik xəstəxana və doğum evinin dağıntılarını təmizləyirlər, amma vurğulayıb ki, insanlar vaxtında sığınacaqlarda gizlənə bilib.
“Orada kiçik benderçilər vardı? Hamilə qadınlar Rostova atəş açmağa hazırlaşırdı? Doğum evində kimsə rusdilliləri aşağılayırdı? Bu, nə idi belə? Xəstəxananın “denasifikasiyası?”, – Zelenski hiddətlə deyib.
Prezident vurğulayıb ki, Mariupolda atəşlər nəticəsində 1200- dən artıq insanın qətlə yetirilməsi rəsmən təsdiqini tapıb, Rusiynın Mariupolda etdikləri vəhşilikdən kənara çıxıb.
“Avropalılar! Ukraynalılar! Mariupol! Bu gün biz Rusiyanın bu hərbi cinayətinin pislənilməsində bir olmalıyıq, bu cinayətdə işğalçıların ölkəmizə gətirdikləri şər, qəzəb və kin tam şəkildə əks olunub. Dağıdılan bütün şəhərlər. Volnovaxada, Xarkovda, İzümdə, Axtırkada, Çerniqovda, Borodyankada, Qostomeldə, Jitomirdə və Rusiya Federasiyası üçün heç bir təhlükə törətməyən Ukraynanın onlarla şəhərində törədilənlər. Dağıdılan xəstəxanalar, məktəblər, kilsələr, adi evlər və bütün öldürülən insanlar və uşaqlar. Doğum evinə atılan aviasiya boması ukraynalılara qarşı soyqırımın tam sübutu deməkdir.
Avropalılar, Mariupolda ukraynalılar və mariupolluların başına gətirilənləri görmədiyinizi deyə bilməzsiniz. Siz bunları görmüsünüz və bilirsiniz. Deməli, siz Rusiyaya qarşı sanksiyaları gücləndirməlisiniz ki, onun bu soyqırımı davam etməyə heç bir imkanı olmasın. Siz Rusiyaya təzyiqi artırmalısınız ki, onlar danışıqlar masası arxasında əyləşib bu vəhşi müharibəyə son qoysunlar”, – Zelenski bəyan edib.
O, qeyd edib ki, Moskvda “gözəl bilirlər ki, Mariupol da Donetsk vilayətidir”.
“Biz Rusiyadan Donetsk vilayəti haqqında o qədər eşitmişik ki…Nə qədər ittihamlar, nə qədər tələblər…Biz indi görürük ki, Rusiya Donetsk vilayəti sakinlərinə, əslində, necə münasibət göstərir. Mariupolun evlərində yaşayan, müəssisələrində işləyən, xəstəxanalarında müalicə alan və uşaq dünyaya gətirənlərə qarşı. Təsəvvür edin ki, Mariupolda doğum evində sizin kimi insanlar var! Biz heç vaxt Donetsk və ya Luqansk və ya başqa bir vilayətə qarşı belə hərbi cinayətə bənzər nəsə etməmişik və heç vaxt da etməzdık. Yer üzündə heç bir şəhərə qarşı. Çünki biz insanlarıq. Bəs siz?- Zelenski öz fikirlərinə yekun vurub.
Follow @7timesaz