Ukrayna Prezidenti Volodimir Zelenski Buça bölgəsində mülki insanların öldürülməsi ilə əlaqədar rusiyalı əsgərlərin analarına müraciət ünvanlayıb.
7Times.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.
Dövlət başçısı sosial şəbəkə hesabında Buça və Kiyev vilayətinin azad edilmiş digər şəhərlərində mülki əhalinin qarət edilməsi və öldürülməsini əks etdirən fotoşəkillər paylaşıb.
“Rus hərbçilərinin analarına bu fotolara baxmağı məsləhət görürəm. Görün, siz necə əclaflar yetişdirmisiniz. Onlar qatil, qarətçi və cəlladırlar”, – deyə Zelenski rus dilində yazıb.
Follow @7timesaz