Ölkə

Zəlzələdən sağ çıxan cütlük evləndi – VİDEO

Zəlzələdən sağ çıxan cütlük evləndi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayda baş verən zəlzələdən sağ çıxan Sedef Şabanoğlu və Şövkət Gülər cütlüyünün toy mərasimi baş tutub.

7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün toyu Türkiyənin Muğla bölgəsinin Datça rayonunda baş tutub.

Yaşadıqları travmanı unutmağa çalışan cütlük qaldıqları hotelin dəstəyi ilə evlənib.

Toy mərasiminə hotel işçiləri və bir çox zəlzələdən zərərçəkən qatılıb.

Həmçinin, cütlüyün aldığı cehiz də dağıntılar altında qalıb.

Qeyd edək ki, zəlzələdən sağ çıxan 400 nəfər də həmin hoteldə qonaq edilir.