Fransalı öncəgörən, keşiş Mişel Nostradamus yenidən dünya mediasında gündəm olub.
7Times.az bildirir ki, İkinci Dünya Müharibəsində ABŞ-nin Yaponiyaya atdığı atom bombası, Hitlerin yüksəlişi, 11 sentyabr hücumları, COVID-19 pandemiyası haqqında doğru təxminləri olan kahinin yeni proqnozları ortaya çıxıb.
“Euronews”un məlumatına görə, onun 1555-ci il tarixli “Les Propheties” (Kəhanətlər) adlı kitabında 2024-cü ildə nə olacağı da qeyd olunub.
Qırmızı düşmən – Nostradamus müharibə və dəniz döyüşləri barədə proqnoz irəli sürüb. “Qırmızı düşmən Sakit Okeanı dəhşətə gətirəcək”, – o yazıb. Bəziləri hesab edir ki, “qırmızı düşmən” dedikdə, kahin Çini nəzərdə tutmuş ola bilər.
Böyük zəlzələ – Nostradamusun sözlərinə görə, gələn il Kaliforniyada güclü zəlzələ baş verəcək. Bu, böyük ziyan və can itkisinə səbəb olacaq.
Təbiət hadisələri – Kahin həmçinin bildirib ki, quraqlıq, böyük daşqınlar olacaq. “Kütləvi aclıq müşahidə edilə bilər”, – o qeyd edib.
Nostradamusun fikrincə, 2024-cü ildə dünya liderlərindən biri öldürüləcək: “Müharibə bitəcək və sülh yolu açılacaq”.
Astroloqun proqnozlarına görə, Roma Papası Fransisk də tezliklə vəzifədən gedəcək.
Sfera.az
Follow @7timesaz