Manşet

Zeynal Nağdəliyevin kollektivə təqdim etdiyi başçının 1.5 milyonluq villası üzə çıxdı

Zeynal Nağdəliyevin kollektivə təqdim etdiyi başçının 1.5 milyonluq villası üzə çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkirin təzə təyin olunan başçısı Rəşad Ənvər oğlu Tağıyevin 1.5 milyonluq villası üzə çıxıb.
7times.az Kanal24.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru  Elşən Qafarov Rəşad Tağıyev haqda maraqlı paylaşım edib. O əvvəl təhsil idarəsində çalışan Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosun paylaşıb. Keçmiş direktor paylaşımında villanın Rəşad Tağıyevin çox saylı mülklərindən biri olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixdə imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu gün isə Rəşad Tağıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən  qurumun kollektivinə təqdim olunub.