10 yaşlı Nuray Şahsuvarlının ifası sosial şəbəkədə bir neçə gündür gündəm olub.
7Times.az xəbər verir ki, Azərbaycan xalq mahnılarını oxuyan balaca qızın ifasını müğənni Zamiq Hüseynov da paylaşıb. O, videoya bu sözləri qeyd edib:
“Sənə tərbiyə verən valideyinlərinin qarşısında min dəfə baş əyirəm, ananın əllərindən öpürəm. Sənə TikTok musiqilərini yox, kökümüzü sevdirib. Sənə bizim nə qədər zəngin mədəniyyətimiz olduğunu, nə qədər dərin mədəniyyətə malik olan bir xalq olduğumuzu öyrədib. Biz dahilər yurdunun övladlarıyıq. Allah səni xoşbəxt eləsin. Sən bu gun bütün uşaqlara nümunəsən.
Bu necə oxumaqdır? Bu yaşda bu nə hissiyatdir? Bu nə xırdalıqlardır? Gözümü yumuram, elə bilirəm Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova oxuyur. Sən məni xoşbəxt etdin”.
Follow @7timesaz