Dünya

100-dən çox qadını öldürən manyak yoxa çıxdı – Polis hələ də onu axtarır + Fotolar

100-dən çox qadını öldürən manyak yoxa çıxdı – Polis hələ də onu axtarır + Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva polisi dünyanın ən təhlükəli cinayətkarlarından biri –  “Orsk manyakı” kimi tanınan 64 yaşlı Valeriy Andreyevin axtarışı üçün ayağa qaldırılıb.

7times.az xəbər verir ki, əslən Orskdan olan V.Andreyevin 7 il ərzində – 2006-2013-cü illər arası 100-dən çox insanı öldürdüyü iddia edilir. 2012-ci ildə V.Andreyev cinayət törətməkdə şübhəli bilinərək saxlanılsa da, istintaqda kifayət qədər dəlil-sübut olmadığından həbs olunmayıb. Amma məhz bundan sonra müəmmalı şəkildə yoxa çıxıb. Ailə üzvləri belə onun harada gizləndiyini bilməyiblər. 2019-cu ildən etibarən İnterpol tərəfindən axtarılan, ən qatı cinayətkar siyahasında adı yer alan “Orsk manyakı” uzun illər gizlənməyə müvəffəq olub. Rusiya polisinə sızan bəzi məlumatlara əsasən, manyak uzağa getməyib, elə paytaxt Moskvanın özündəcə gizlənir.

Nümunəvi ailə başçısı, qayda-qanuna riayət edən manyak

Rusiyanın “Lenta.ru” saytının yazdığına görə, Valeri Andreyev 10 aprel 1957-ci ildə Orenburq vilayətinin Svetlinsk rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra sürücü peşəsinə yiyələnib və adətən yük maşını sürüb. Yaşadığı qəsəbədə qayda-qanuna riayət edən vətəndaş kimi tanınıb. Heç zaman cinayət məsuliyyətinə cəlb edilməyib, inzibati qaydaları pozmayıb, yol-nəqliyyat hadisəsi törətməyib, içkiyə, narkotik vasitələrə meyl göstərməyib. İki oğul atası olan Valerini hər kəs nümunəvi ailə başçısı kimi tanıyıb. Qonşuları onun barəsində nəzakətli və tərbiyəli şəxs olduğunu vurğulayıblar.

“Orsk manyakı” insanlarla ünsiyyətdə özünü diskomfort hiss edirmiş

Bir sözlə, V.Andeyevi tanıyan hamı onu müsbət xarakterizə edib. Lakin iş yoldaşları olan yük sürücüləri mühüm bir detalı qeyd ediblər. Onların dediyinə görə, Andreyev insanlarla ünsiyyətdə çox zaman sıxılır, özünü diskomfort hiss etdiyinə görə sürücülərlə məsafəli davranıb. Guya bu səbəbdən uzun-uzadı reyslərdə sürücü yoldaşları ilə ünsiyyət saxlamayıb, özünə köməkçi götürməyib, maşın karvanlarından kənar hərəkət etməyə üstünlük verib.

İstintaq zamanı o da aydınlaşdırılıb ki, Andreyev Orenburq-Çelyabinsk və Samara-Orenburq marşrutu üzrə hərəkət edib. “Orsk manyakı”nın güman edilən qurbanlarının əksəriyyəti məhz bu şosse yolların ətrafındakı qəsəbələrdən olub.

 7 zorlanıb öldürülən qadın, 100-dən çox qətl

Yük maşının sürücüsü Andreyev ən azı 7 qadının zorlanıb öldürülməsində təqsirli bilinir. “Orsk manyakı”nın 2006-2013 illər qurbanlarını sayının 100 -ə çatması istisna edilmir.

Hüquq-mühafizə orqanları hesab edirlər ki, Valeri cinayətləri eyni sxem üzrə törədib. Yük maşını sürücüsü yol kənarındakı, dayanacaqdakı gənc və arıq görkəmli qadınlara səslənib, onlara maşına əyləşməyi və gedəcəkləri yerə aparmağı təklif edib. Gümüşü saçlı, görünüşcə ürəyiyumşaq adama bənzəyən Valeri qurbanlarında heç bir şübhə oyatmayıb. Adətən isə bu cür səfərlər meşədə zorlanmayla və qurbana divan tutulmaqla  sonlandırılırdı.

18 yaşlı Olqanın cəsədi meşə zolağından tapılıb

Qurbanların üstündə “Orsk manyakı”nın “izləri” aşkarlanır, zorlanmış qadınların cəsədləri yol kənarlarından, meşə zolaqlarından tapılır. Müstəntiqlər silsilə qətlləri törədən şəxsin axtarışına başlayırlar.

30 sentyabr 2013-cü ildə Orsk-Çelyabinsk avtomobil yolunun yaxınlığında, Djanatalap qəsəbəsi ərazidəki meşə zolağında 18 yaşlı Olqa Juravlyovanın cəsədinin qalıqları aşkarlanıb. O, 2012-ci ilin iyun ayının 30-dan itkin düşüb. Əməliyyatçılar şahidləri dindiriblər, qızın yox çıxmamışdan əvvəl “SsangYong” markalı maşına əyləşdiyi və Orska gəldiyi məlum olub.

Araşdırmalar zamanı həmin avtomobilin şəhərdə cəmi iki nəfərdə olduğu, onlardan birinin Valeri Andreyevin adına rəsmiləşdirildiyi aşkarlanıb. Qızın yoxa çıxmasından bir qədər əvvəl Andeyev də Juravlova da eyni məkanda olublar. Polis tərəfindın ilk dəfə saxlanılan Valeri sorğu-sual edilib. Kifayət qədər dəlil-sübut olmadığından Valeri həbs olunmayıb.

Onun şəxsi avtomobilinə, qarajına baxış keçirilib. Avtomobilin salonundan bəzi bioloji izlər və yuyulmuş qan ləkəsi aşkarlanıb. Polislər onun qarajından qanlı çəkiclər, bıçaqlar aşkarlayaraq götürüblər.

Şahid qismində dindirilən iş yoldaşları Valerinin yüngül əxlaqlı qadınlarla münasibəti olmasını güman etdiklərini deyiblər. Belə ki, onun avtomobilində dəfələrlə qızıl-zinət əşyaları, qadın alt geyimləri, hamiləliyə qarşı dərman preparatlar, saç sancaqları olmasını götüblər.

Manyak saxlanılır, dəlil olmadığından buraxılır və…

Bu ifadələrdən sonra V.Andreyev təkrar dindirilməsi üçün istintaqa çağırılsa da, onu tapmaq müşkülə çevirlib. Sonuncu dəfə 2012-ci ilin iyulun 6-da arvadı ilə telefon əlaqəsi saxlayan V.Andreyev müəmmalı şəkildə yoxa çıxıb. Onun axtarışları heç bir nəticə verməyib. Manyakın fotosu və törətdiyi qəddar cinayətlə bağlı internetdə məlumatlar yerləşdirilib. Məhz bundan sonra manyak haqqında ölkənin müxtəlif yerlərindən ard-arda məlumatlar gəlib. İnsanlar “Orsk manyakı”nı Sankt-Peterburqda və Krasnoyarskda gördüklərini bildiriblər. Polis isə bu məlumatları nə təsdiq, nə də təkzib edib. Eyni zamanda, V.Andreyevin evdən qaçışı onun ailə üzvlərini də şoka salıb. Yaxınları Rusiyanın ən qəddar və amansız qatilinin onlarla eyni evdə yaşadığına inanmaq istəməyiblər.

Hazırda o, “Orsk manyakı”ən qəddar, ən təhlükəli cinayətkar kimi axtarışdadır. Rusiya Daxili İşlər Nazirliyi onun tapılmasına yardım göstərən şəxsə milyon rubl ödəyəcəyini vəd edir. Manyakla bağlı lazımi məlumat verən şəxsi isə yarım milyon rubl civarında mükafat gözləyir.

Manyakın tələbə qızla qarşılaşması

Martın 11-dən etibarən “Orsk manyakı”nın Moskvada axtarışına başlanılıb. Onun paytaxtda gizləndiyi ehtimal edilir. Həmçinin, manyakın fotorobotunu görən tələbə qızın onu xatırlaması və V.Andreyevlə Moskva ətrafında rastlaşması haqda “Moskovskiy komsomolets”qəzetinə danışması da diqqətdən yayınmayıb. Tələbənin dediklərindən belə məlum olub ki, martın 10-da dərsdən qayıdarkən onun arxasınca avtobusa yaşlı bir kişi əyləşib. Həmin kişi qızla maraqlanıb, harada oxuduğunu, harada yaşadığını soruşub.

“Dişlərinin çoxu yox idi, paltarları natəmiz, çirk içərisindəydi. Elə bil uzun müddətdir ki, paltarlarını dəyişməmişdi”- tələbə qız deyib.

İki gün sonra universitetin divarından asılan fotodakı manyakı tanıyan tələbə birbaş polis şöbəsinə gedərək məlumat verib.

Manyakın harada gizlənməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb. Bu illər ərzində ailə üzvləri ilə  əlaqə saxlamağa cəhd göstərməyib. Bəzi məlumatlarda bildirilib ki, Andreyev ölkədən çıxıb və xaricdə gizlənir. Amma bunların heç biri təsdiqini tapmayıb.

Manyakın ölməsi də istisna edilmir – krimanal təcrübəsi olmayan birinin uzun müddət gizlənməsi və hüquq-mühafizə orqanlarının əlinə düşməməsi mümkün deyil. Virtualaz.org