Ölkə

Qubada qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Qubada qonşusunun evindən oğurluq edən şəxs saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a verilən məlumata görə, Quba Rayon Polis
Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri
2850 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçreş
kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs
qətimkan tədbiri seçilib.