Dünya

105 yaşlı qadının sağlamlıq sirri

105 yaşlı qadının sağlamlıq sirribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

105 yaşını qeyd edən Kanada sakini uzunömürlülüyün qeyri-adi sirrini açıb.

7Times.az  xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Brunsvik ştatının Sent Con şəhərində yaşayan Florentina Conston 1917-ci il sentyabrın 16-da Keyp Breton adasında anadan olub. 17 yaşında o, stenoqrafiya üzrə təhsil alıb və Nyu-Brunsvik Muzeyində işə düzəlib.

Daha sonra qadın neft şirkətində çalışıb, ailə qurub və üç uşaq anası olub. Hazırda onun beş nəvəsi və on nəticəsi var. Kanadalı qadın uzunömürlülüyünün sirrini jurnalistlərlə bölüşüb.

“Gecə, saat dörddə bir stəkan rom və su için. Bu, qəbul edə biləcəyiniz bütün həblərdən daha yaxşıdır” – 105 yaşlı qəhrəman bildirib.

Yaşının çox olmasına baxmayaraq, Conston çox aktivdir, ailəsi və dostları ilə ünsiyyət qurmağı sevir və həmişə detektiv hekayələr oxuyur. “Bir oğlan bir dəfə məndən nə axtardığımı soruşdu, bəlkə bir sevgi hekayəsi? Dedim ki, mənə daha dəhşətli hekayələr, kriminal janrda yazılan əsərlər lazımdır! Sandra Braunu çox sevirəm. O, müstəsna yazıçıdır. Mən onun bütün kitablarını oxuyuram. Çox xoşbəxtəm, çox razıyam. Mən həyatdan, romdan və insanlardan həzz alıram”, – 105 yaşlı qadın qeyd edib.

Qadın çox səyahət etdiyini də dilə gətirib. O, bir neçə dəfə Avropaya səfər edib, 20 il ərzində hər yayı Baham adalarında keçirib. Yekunda isə Conston gənclərə bu məsələhət verib:

“İnsanlarla mehriban rəfrat edin və təvazökar olun”. (publika.az)