Dünya

116 yaşlı qadın koronavirusdan sağaldı – FOTO

116 yaşlı qadın koronavirusdan sağaldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 116 yaşlı qadın koronavirusdan sağalıb.

Afyonkarahisar şəhərinin Emirdağ rayonunda yaşayan Ayşe Karatay koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Üç həftə reanimasiya şöbəsində qalan A.Karatay xəstəliyə qalib gələ bilib.

Onun 60 yaşlı oğlu İbrahim Karatay deyib ki, anası “Sinovac” peyvəndinin bir dozasını vurdurub və onun sağalmasına bu kömək edib. O bildirib ki, əgər anası vaksinin ikinci dozasını da vurdursaydı, xəstəliyi yüngül keçirərdi.

 

Mənbə: İHA