Hərbi

12 km-lik rus hərbi kolonu Xarkova doğru gedir – FOTOLAR

12 km-lik rus hərbi kolonu Xarkova doğru gedir – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Maxar Technologies” tərəfindən toplanan və təhlil edilən peyk görüntüləri Ukraynanın şərqində Rusiya hərbi texnikasının böyük karvanını müşahidə edib.
7Times.az
 xəbər verir ki, peyk görüntülərindən rusların uzunluğu 8 mil (və ya 12,8 km) olan hərbi koloniyasının Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəlilədiyi məlum olub.
Bolşoy Burluk Xarkovdan şərqdə, Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə yerləşir.
Görüntülərdə zirehli texnika, yedəyə alınmış artilleriyaya malik yük maşınları və köməkçi avadanlıqlar əks olunub.
Ukrayna Baş Qərargahının səhər saatlarında verdiyi məlumata görə, rus qoşunları İzyum yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etməyə cəhd edib:
“Həmçinin işğalçılar Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışırlar”.