Rusiya müharibənin 1288-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 666 təyyarəsi, 283 helikopteri, 81 300 PUA-sı, 627 zenit-raket kompleksi, 24 938 tank və digər zirehli texnikası, 1 589 reaktiv yaylım atəş sistemi, 29 200 artilleriya və minaatanı, 40 956 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
Follow @7timesaz