Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurlayaraq Yevlaxdan Bakıya gətirən və ona təcavüz edən əmiyə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə 1978-ci il təvəllüdlü E.Mustafayevi Cinayət Məcəlləsinin 144.3, 149.3.3 və 150.3.3-cü (adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilib. 45 yaşlı şəxsə 14 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi qeyd edilib.
Bildirilir ki, hadisənin üstü 2021-ci ilin dekabrında Yevlaxda 13 yaşlı qızın itkin düşməsindən sonra açılıb. Həmin vaxt qızın valideynləri polisə müraciət edərək itkin düşmə barədə məlumat veriblər. Bir müddət sonra yeniyetmə qızın əmisi tərəfindən Bakıya gətirilməsi və E.Mustafayevin paytaxtda kirayə tutduğu evdə birgə yaşaması məlum olub. Polis əməkdaşları onların yerini müəyyən edərək qızı tapıb və ailəsinə təhvil veriblər.
Araşdırmalar zamanı əmisinin məktəbli qızı aldadaraq paytaxta gətirməsi və çirkin əməllərini Bakıda da davam etdirməsi məlum olub.
O da məlum olub ki, hadisəni törədən E.Mustafayev əvvəllər evli olub və 1 övladı var. O, boşandıqdan sonra övladı anası ilə birgə gedib. Polislər E.Mustafayevi kirayə tutduğu evdə saxlayarkən o, intihara cəhd edib.
Follow @7timesaz