13 yaşlı məktəbli qız atasının qətlində şübhəli bilinir. Hadisə Ukraynanın Krım Muxtar Respublikasın paytaxtı Simferopol (Ağməscid) şəhərində baş verib.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, qız polisə müraciət edərək atasınınintihar etdiyini deyib. Atasının anası ilə mübahisə etdikdən sonra belə bir addım atdığını bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları qızın valideynlərinin Yeni il günü mübahisə etdiyini müəyyən ediblər. Mübahisə zamanı anasını müdafiə etmək istəyən qız atasına 5 bıçaq zərbəsi vurub. Kişi hadisə yerində keçinib.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.