Dünya

“WhatsApp” yeni ildən bu smartfonlarda işləməyəcək

“WhatsApp” yeni ildən bu smartfonlarda işləməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” 1 yanvar 2021-ci ildən etibarən köhnə smartfonlarda işləməyəcək.

7times.az bildirir ki, bu barədə “Mirror” nəşri yazıb.

Mesencer əməliyyat sistemini iOS 9 və ya Android 4.0.3-ə qədər yeniləməyən istifadəçilərin cihazlarında çalışmayacaq. Bu, ilk növbədə iPhone 4 və daha əvvəlki modellərə aiddir.

“WhatsApp”ın iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPhone 6 və iPhone 6S-də yenidən işləməsi üçün isə proqram təminatını iOS 9-dək yeniləmək lazımdır. Bundan başqa, mühüm məlumatları itirməmək üçün yazışmaların nüsxəsini çıxarmaq məsləhətdir.