Nijni Novqorod (Rusiya) vilayətində 16 yaşlı məktəbli qıza qarşı əxlaqsız təkliflər etməkdə şübhəli bilinən məmura qarşı cinayət işi açılıb.
Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, yerli administrasiyanın əməkdaşı əvvəlcə internetdə qızla yazışıb, sonra isə daha aktiv hərəkətlərə keçməyə başlayıb.
29 yaşlı Aleksandr Vasin regionda sosial siyasətə cavabdeh şəxsdir. Asudə vaxtlarında voleybolla məşğul olur, rayon komandasının tərkibində yarışlarda iştirak edir. Onun həyat yoldaşı və qızı var. Yerli basketbol komandasının 15 yaşlı idmançısına gözü düşüb. Yazışmalar o həddə çatır ki, o, məktəbli qızdan açıq-saçıq şəkillər istəməyə başlayır, qız ondan imtina etsə də, məmur ona özünün əxlaqsız şəklini göndərir. Bir dəfə isə məşqlərdən sonra qızı maşına mindirib onunla intim əlaqədə olmağa çalışıb. Artıq qızın şikayəti əsasənda məmur məhkəmə qarşısına çıxarılıb.
Follow @7timesaz