Ağ Ev dekabrın 15-də keçmiş prezident Con Kennediyə sui-qəsdlə bağlı sənədləri yayımlayacağını açıqlayıb.
Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı yaranmış bir sıra çətinliklər sənədlərin redaktə müddətini uzadıb. Buna görə də sənədlərin bir qismi dekabrın 15-də, digərləri isə bir il ərzində yayımlanmağa hazır vəziyyətə gətiriləcək.
Xatırladaq ki, Con Kennedi 54 il əvvəl, 1963-cü ilin 22 noyabrında Texas ştatının Dallas şəhərində öldürülüb. Oxu.az
Follow @7timesaz